TƏBİB: Bu gün 5912 nəfər koronavirus testindən keçib

  23 May 2020    Oxunub : 3388
 TƏBİB: Bu gün 5912 nəfər koronavirus testindən keçib
Azərbaycanda koronavirusla bağlı 23 may 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusa görə 5912 test aparılıb. İndiyədək həyata keçirilən testlərin sayı 265 min 67-yə çatıb. Hazırda reanimasiyada olan xəstə sayı 55, süni tənəffüs cihazında olan xəstə sayı 9-dür.

Azərbaycanda indiyədək 3982 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2506 nəfər müalicə olunaraq sağalıb, 49 nəfər vəfat edib, 1427 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 44 nəfərin vəziyyəti ağır, 57 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.



Azvision.az

Teqlər: TƏBİB   Koronavirus   Pandemiya   Test