Bakıda küləyin sürəti güclənib - Faktiki hava

   Bakıda küləyin sürəti güclənib -   Faktiki hava
  24 May 2020    Oxunub:4711
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti ölkədə müşahidə edilən faktiki hava şəraitini açıqlayıb.
Xidmətdən Azvision.az -a bildirilib ki, mayın 23-ü saat 21:30-a olan məlumatına əsasən, Daşkəsən, Zaqatala, Quba, Qusar, Şəki, Şəmkir, Mingəçevir, Kişçayda (Şəki) yağış yağıb.

Şimal-qərb küləyi Neftçalada 35 m/s, Naftalanda 32 m/s, Gəncədə 28 m/s, Tovuz, Ağstafa, Tərtərdə 25 m/s, Yevlaxda 23 m/s, Ağdam, Xaçmazda 20 m/s,

Abşeron yarımadası və Abşeron Dəniz rayonunda: Maştağada 38 m/s, Bakıda 30 m/s, Neft Daşlarında 29 m/s, Pirallahı, Qum adasında 25 m/s, Sumqayıt, Ələtdə 24 m/s, Binədə 23 m/s, Zabratda 20 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4.3 metrə çatıb.

Azvision.az


Teqlər: Hava   Külək  





Xəbər lenti