Bir gündə 110 min nəfər koronavirusa yoluxdu

  23 May 2020    Oxunub : 3607
 Bir gündə 110 min nəfər koronavirusa yoluxdu
Dünyada koronavirusa yoluxanların sayı artmaqda davam edir.
Azvision.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı COVİD-19 pandemiyası ilə bağlı gündəlik hesabatını açıqlayıb.

Hesabata əsasən, ötən sutka ərzində 109 536 nəfər yeni koronavirusa yoluxub, 5663 nəfər isə dünyasını dəyişib. Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb. İkinci yerdə Avropa regionu qərarlaşıb

Qeyd edək ki, "Worldometers" saytında yer alan məlumatlara əsasən, dünyada yeni növ koronavirusa yoluxanların sayı 5 milyon 365 min 7 nəfərə çatıb. Virusdan ölənlərin sayı 342 min 23 nəfərdir. İndiyədək 2 milyon 189 min 33 nəfər xəstəlikdən sağalıb.

Azvision.az

Teqlər: Koronavirus