Mingəçevirdə qəzaya düşən uşaqlardan biri Bakıya gətirildi

  25 May 2020    Oxunub : 3378
 Mingəçevirdə qəzaya düşən uşaqlardan biri Bakıya gətirildi
"Mingəçevir şəhər xəstəxanası ilə əlaqə saxlayaraq dünən baş vermiş ağır yol-nəqliyyat hadisəsində xəsarət alan insanların vəziyyəti ilə bağlı bir daha məlumat aldım. Dünən bir neçə dəfə şəhərə zəng etmişdim".
Azvision.az xəbər verir ki, bunu Mingəçevirin deputatı Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, 13 nəfər xəsarət alanlardan 9-na ilkin tibbi yardım göstərilərək evə buraxılb:

"Xəstəxanada qalan 4 uşaqdan biri dünən təcili şəkildə Bakı Sağlamlıq Mərkəzinə göndərilib. Qalan 3 uşaq Mingəçevir xəstəxanasında müalicə alır, valideynləri yanlarındadır. Bu gün Bakıya göndərilimiş uşağın yanına gedəcəyəm. Allah hamısına şəfa versin. Həkimlərimizlə fəxr edir, onlara minnətdarlığımızı bildiririk", - deyə A.Mirzəzadə qeyd edib.

Azvision.az

Teqlər: Mingəçevir   Deputat