Sercio Mattarella Azərbaycana təşəkkür etdi

  25 May 2020    Oxunub : 4564
 Sercio Mattarella Azərbaycana təşəkkür etdi
Ürəkdən arzulayıram ki, Azərbaycan və Avropa İttifaqı arasında tezliklə yeni tərəfdaşlıq sazişi imzalansın, bu da bizim əlaqələrimizin möhkəmlənməsi üçün vacib bir amildir.
Azvision.az xəbər verir ki, bu barədə İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda qeyd olunub.

"Eyni zamanda, səhiyyə sahəsində yaranmış fövqəladə vəziyyət zamanı Azərbaycanın İtaliyaya nümayiş etdirdiyi yaxınlığa və göstərdiyi dəstəyə görə də dərin minnətdarlığımı bildirmək istərdim. Bu bizim xalqlarımız arasında mövcud olan əlaqələrin intensivliyini və dərinliyini sübut edir", - deyə məktubda bildirilib.

Azvision.az

Teqlər: İtaliya   Azərbaycan