Qadın qonaq getdiyi evdən 10 min manat oğurladı

  26 May 2020    Oxunub : 2724
Qadın qonaq getdiyi evdən 10 min manat oğurladı
Astarada qadın qonaq getdiyi evdən pul və qızıl əşyalar oğurlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Astara şəhər sakini T.Ağayev polisə müraciət edərək evindən 10 min manat pulun və 1160 manat dəyərində qızıl zinət əşyalarının oğurlandığını bildirib.

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun zərərçəkmişin qohumu, rayonun Ərçivan qəsəbə sakini L.Əliyeva olduğu müəyyən edilib. Oğurlanmış pul və qızıl-zinət əşyaları ondan aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Oğurluq   Astara