BNA və polis birgə tədbirlərə başladı - FOTOLAR

  26 May 2020    Oxunub : 2417
BNA və polis birgə tədbirlərə başladı -  FOTOLAR
Vətəndaşların koronavirus infeksiyasının profilaktikasına dair qaydalara riayət etməsi üçün Bakı Nəqliyyat Agentliyi və Bakı şəhər Baş Polis İdarəsi birgə tədbirlərə başlayıb.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a verilən məlumata görə, ilk tədbir “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində keçirilib.

Polis əməkdaşları və Nəqliyyat könüllüləri maskadan istifadə etməyən vətəndaşlara tibbi maskalar paylayıb, maarifləndirici söhbətlər aparıb, sanitar rejimin tələblərini izah ediblər. İnsanlarla təmas zamanı iki metrlik məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu onların diqqətinə çatdırılıb.



Bildirilib ki, pandemiya dövründə sərnişinlərin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində, dayanacqlarda və avtobuslarda qoruyucu maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir.

Analoji tədbir mütəmaid olaraq insanların daha çox istifadə etdiyi avtobus dayanacaqları və digər ərazilərdə də keçiriləcək.



Məlumat üçün qeyd edək ki, ictimai nəqliyyatda koronavirus infeksiyasının proflaktikasına dair tədbirlər çərçivəsində sərnişin avtobuslarının üzərindəki reklam yerlərində və salonunda sosial izolyasiya qaydalarını təşviq edən lövhələr də yerləşdirilib.





Azvision.az

Teqlər: BNA   Maska