ATV-nin əməkdaşlarının koronavirus testi neqativ çıxdı

ATV-nin əməkdaşlarının koronavirus testi neqativ çıxdı
  26 May 2020    Oxunub:2599
Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasının əməkdaşları koronavirus testindən keçirilib.
Azvision.az xəbər verir ki, bütün testlərin nəticəsi neqativdir. Koronavirus aşkarlanmayan əməkdaşlarımız fəaliyyətlərinə əvvəlki rejimdə davam edirlər.

Qeyd edək ki, bir neçə gün əvvəl kanalın 4 əməkdaşının koronavirus testinin cavabı pozitiv olub, bu səbədən digər əməkdaşlar da ümumi testdən keçirilib.

Xatırladaq ki, “Azad Azərbaycan” televiziyasında pandemiya dövründə mütəmadi olaraq dezinfeksiya işləri aparılır, izolyasiya qaydalarına ciddi riayət olunur. Telekanala daxil olanların hərarəti xüsusi aparat vasitəsiylə yoxlanılır.

Daha sonra isə binanın girişində quraşdırılan xüsusi dezinfeskiya aparatından keçməklə içəri girişə icazə verilir. Bundan başqa binanın girişində və otaqlarda dezinfeksiya məhlulları qoyulub. Atv telekanalında işçilər maskalardan və baxıllardan istifadə edir. Bundan başqa hər gün ATV telekanalının bütün otaqları dezinfeksiya olunur.

Azvision.az



Teqlər: ATV   Koronavirus  





Xəbər lenti