Dilənmək istəməyən uşağın bıçaqlanması faktı araşdırılır

 Dilənmək istəməyən uşağın bıçaqlanması faktı araşdırılır
  27 May 2020    Oxunub:3769
Bakıda 11 yaşlı uşağın dilənçilik etmədiyi üçün atası tərəfindən bıçaqlanması faktı ilə bağlı araşdırmalara başlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, sözügedən fakt nəzarətə götürülüb.

Qeyd edək ki, Suraxanı rayonunun Xanlar Ələkbərov küçəsində İsmayılov Fikrət Hüseynqulu oğlu 2009-cu il təvəllüdlü övladı Canəli İsmayılovun dilənçilik etmədiyi üçün baş nahiyəsinə yumruq və bıçaqla xəsarətlər yetirib.

Azvision.az


Teqlər: Bakı   Polis  





Xəbər lenti