Yüksək Texnologiyalar Parkı ilə bağlı qaydalar hazırlanır

Yüksək Texnologiyalar Parkı ilə bağlı qaydalar hazırlanır
  11 Yanvar 2014    Oxunub:904
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkında (YTP) fəaliyyət göstərmək üçün qaydalar hazırlanır.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Yüksək Texnologiyalar Parkı informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatların aparılması, yeni və yüksək texnologiyaların hazırlanması üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir.

Yüksək Texnologiyalar Parkının fəaliyyətə başlaması ilə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya-kommunikasiya texnologiyaları sahələrini genişləndiriləcək, elmi tədqiqatların aparılması və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslərin yaradılması təmin ediləcəkdir. Park iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılmasında da əhəmiyyətli rol oynayacaqdır. Bunun üçün Pirallahı rayonunda 50 hektar torpaq sahəsi ayrılmışdır.

Hazırda parkın formalaşdırılması, zəruri infrastrukturun qurulması, beynəlxalq təcrübənin öyrənilməsi və digər təşkilati məsələlərin həlli istiqamətində işlər aparılır. Eyni zamanda “YT Park” MMC dövlət qeydiyyatına alınmışdır və cəmiyyətin nizamnaməsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq olunub.


Teqlər:





Xəbər lenti