Kamboca Kralı Prezidenti təbrik edib

Kamboca Kralı Prezidenti təbrik edib
  27 May 2020    Oxunub:2756
Kambocanın Kralı Norodom Sihamoni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Azvision.az xəbər verir ki, təbrikdə deyilir:

"Cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Fürsətdən istifadə edərək, Sizə cansağlığı, ölkənizin vətəndaşlarına firavanlıq arzulayıram.

Əminəm ki, ölkələrimiz arasında mövcud olan səmimi münasibətlər xalqlarımızın mənafeyi naminə bundan sonra da möhkəmlənməkdə davam edəcəkdir.

Ən yüksək ehtiramla".

Azvision.az


Teqlər: Kamboca   Kral   Məktub  





Xəbər lenti