Xaçmazdakı insidentlə bağlı cinayət işi başlanıldı

   Xaçmazdakı insidentlə bağlı cinayət işi başlanıldı
  27 May 2020    Oxunub:3750
Xaçmaz rayonunda Vüsal Kərimovla Nəriman Yusifov arasında baş vermiş insidentlə bağlı cinayət işi açılıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

V.Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib, müvafiq ekspertizalar təyin olunub.

Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, Xaçmaz rayonu, Uzunoba kənd sakini, 1974-cü il təvəllüdlü Kərimov Vüsal Ağarəhim oğlu aralarında yaranmış münaqişə zəminində Xaçmaz rayonunun Qusarçay kənd sakini, 1985-ci il təvəllüdlü Yusifov Nəriman İbrahimşah oğlunun üzərinə benzin tökərək yandırıb. Ağır yanıq xəsarətləri alan N.Yusifov xəstəxanaya yerləşdirilib.

Azvision.az


Teqlər: Xaçmaz   Baş-Prokurorluq  





Xəbər lenti