Ermənistanda 113 nəfər koronavirusdan öldü - Yoluxma sürətlə artır

Ermənistanda 113 nəfər koronavirusdan öldü -  Yoluxma sürətlə artır
  28 May 2020    Oxunub:4127
Ermənistanda koronavirusa yoluxanların sayı 8216 nəfərə çatıb.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, son sutkada 442 yeni yoluxma qeydə alınıb, 15 nəfər ölüb.

Pandemiya qurbanlarının ümumi sayı 113 nəfərdir, indiyədək 3287 xəstə sağalaraq evə buraxılıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti