İt döyüşləri təşkil edənlər saxlanıldı
"Onlardan 4-ü – Bakı şəhər sakinləri Rüfət Bədəlov, Hüseyn Əliyev, Murad Ştayev və Qubadlı rayon sakini, hazırda Sumqayıt şəhərində yaşayan Mətləb Əliyev saxlanılıb. Onların törətdikləri əmələ uyğun məsuliyyətin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Digər 2 nəfərin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
İlkin araşdırmalarla müəyyən edilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülər 2019-cu ilin sentyabr ayında Abşeron rayonu ərazisində çəkilib”, - deyə DİN rəsmisi qeyd edib.
Azvision.az