Ukrayna və Litva XİN-dən Azərbaycana təbrik

Ukrayna və Litva XİN-dən Azərbaycana təbrik
  28 May 2020    Oxunub:3850
Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı Respublika Günü münasibətilə təbrik edib.
Azvision.az -ın məlumatına görə, bu barədə XİN-nin "Twitter" səhifəsində paylaşım edilib.

"Azərbaycanda Respublika Gününü qeyd edən dostlarımıza ən xoş təbriklərimizi çatdırırıq" - Ukrayna XİN qeyd edib.



Bundan başqa, Litvanın Xarici İşlər naziri Linas Linkeviçius Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Nazir "Twitter" səhifəsində yazıb: "Respublika Gününü qeyd edən Azərbaycan xalqına sülh, firavanlıq və xoşbəxtlik arzulayıram. Ölkələrimiz arasındakı əməkdaşlığı və xalqlarımız arasındakı əlaqələrin daha da gücləndirilməsini məmnuniyyətlə gözləyirəm".

Azvision.az


Teqlər: Ukrayna   Litva   XİN  





Xəbər lenti