Fransa səfirindən Respublika günü təbriki

Fransa səfirindən Respublika günü təbriki
  28 May 2020    Oxunub:2826
Fransanın Bakıdakı səfiri Zakari Qros 28 May - Respublika günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Azvision.az xəbər verir ki, səfir təbrik mesajını "Twitter"də paylaşıb.

"Bu gün - 28 Mayda mənim fikirlərim 1918-ci ildə və 1991-ci ildə yenidən müstəqillik uğrunda vuruşanların hamısına aiddir. Bu müstəqillik ölkənizin çiçəklənməsinin təməl daşıdır. Azərbaycanın qurucuları kimi, sizə azadlıq, firavanlıq, demokratiya arzulayıram", - deyə səfir qeyd edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Fransa  





Xəbər lenti