Xəbərdarlıq: Hava yenidən pisləşəcək

  Xəbərdarlıq:  Hava yenidən pisləşəcək
  28 May 2020    Oxunub:3703
Ekologiya və Təbii Sərvətlər Nazirliyi mayın 30-dan havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, mayın 30-u gündüzdən 31-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, 30-da yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcək.

Mayın 30-31-də Azərbaycanın dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək.

Azvision.az
.


Teqlər: Hava   Xəbərdarlıq  





Xəbər lenti