TƏBİB Goranboy xəstəxanasındakı insidentə aydınlıq gətirdi

TƏBİB Goranboy xəstəxanasındakı insidentə aydınlıq gətirdi
  28 May 2020    Oxunub:4157
Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyi (TƏBİB) Goranboyda bir qrup şəxsin xəstəxanaya hücum etməsi ilə bağlı məlumata aydınlıq gətirib.
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Azvision.az -a açıqlamasında bildirib ki, bir nəfər it dişlədiyi üçün xəstəxanaya müraciət edib.

“Goranboy rayon Mərkəzi Xəstəxanası karantin xəstəxanası olduğundan həmin şəxs vaksin vurulması üçün Naftalana göndərilib. Lakin buna etiraz ediblər və bir qədər anlaşılmazlıq olub. Dünən həmin şəxsə Naftalan şəhər xəstənasında vaksin vurulub”.

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB   Goranboy  





Xəbər lenti