Rusiyalı milyonçular ölkəni tərk edirlər

Rusiyalı milyonçular ölkəni tərk edirlər
  28 May 2020    Oxunub:3293
Rusiyada koronavirusa yoluxanların sayının sürətlə artması iş adamlarının ölkəni tərk etməsinə səbəb olub.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, pandemiya dövründə Rusiya ilə Avropa arasında özəl təyyarə uçuşlarının sayı 61-dən 107-ə yüksəlib.

Təyyarələrin icarəyə verilməsi ilə məşğul olan “Jel Partners” şirkətinin nümayəndəsi Marqarita Lomakinaya bildirib ki, Rusiyadakı zəngin insanlar koronavirusun daha az yayıldığı ölkələrə üz tuturlar.

Onun sözlərinə görə, imkanlı rusiyalılar İspaniya sahillərində qalmağa üstünlük verirlər, çünki özəl rezidentlərdə özlərini daha təhlükəsiz hiss edirlər.

Şirkət rəsmisi, həmçinin qeyd edib ki, 13 nəfərlik özəl təyyarələrin kirayə qiyməti 16-25 min avro arasında dəyişir.

Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti