Daha 3 PKK terrorçusu məhv edilib

Daha 3 PKK terrorçusu məhv edilib
  28 May 2020    Oxunub:2907
İraqın şimalında yerləşən Hakurk bölgəsində 3 PKK terrorçusu zərərsizləşdirilib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"PKK terror təşkilatına qarşı əməliyyatlarımız qətiyyətlə davam edir. İraqın şimal hissəsində, Hakurk bölgəsində təsbit edilən 3 PKK terrorçusu hava əməliyyatı nəticəsində zərərsizləşdirildi", -deyə məlumatda qeyd olunub.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Türkiyə   terror  





Xəbər lenti