Bıçaqlandığı deyilən azyaşlı dilənçiliyə cəlb edilməyib - RƏSMİ

Bıçaqlandığı deyilən azyaşlı dilənçiliyə cəlb edilməyib -  RƏSMİ
  28 May 2020    Oxunub:3787
Suraxanı rayonunda azyaşlıya atası tərəfindən xəsarət yetirilməsi və məcburi əməyə cəlb edilməsi ilə bağlı yayılan məlumatlar tərəfimizdən tam və hərtərəfli araşdırılır.
Azvision.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə grə, azyaşlının məcburi əməyə - dilənçiliyə cəlb edilməsi faktı təsdiqini tapmayıb.

"Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsində aparılan araşdırmalarla müəyyən olunub ki, azyaşlı evə gec gəldiyi üçün atası tənbeh etmək məqsədilə parçla (qulplu su qabı) övladına xəsarət yetirib. Fakt üzrə təhqiqat davam etdirilir, ailə üzvləri və digər yaxınlarının izahatları alınıb. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək", - deyə E.Hacıyev qeyd edib.

Azvision.az


Teqlər: Polis   Uşaq  





Xəbər lenti