Ölkədə koronavirusdan sağalanların sayı 3022-yə çatdı

 Ölkədə koronavirusdan sağalanların sayı 3022-yə çatdı
  28 May 2020    Oxunub:3464
Azərbaycanda bu günədək 4759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, onlardan 3022 nəfər müalicə olunaraq sağalıb, 56 nəfər vəfat edib, 1681 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 53 nəfərin vəziyyəti ağır, 62 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azvision.az


Teqlər: Koronavirus   Qərargah  





Xəbər lenti