​Koronavirusa yoluxanların sayı 6 milyona yaxınlaşır

​Koronavirusa yoluxanların sayı 6 milyona yaxınlaşır
  29 May 2020    Oxunub:3182
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 5 milyon 909 min 54 nəfərə çatıb.
Azvision.az "Worldometers"-ə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı 362 min 89 nəfərdir. İndiyədək 2 milyon 582 min 27 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   COVID-19  





Xəbər lenti