“Səni ömrüm boyu unutmayacam…” - XATİRƏ

“Səni ömrüm boyu unutmayacam…” - XATİRƏ
  11 Yanvar 2014    Oxunub:1372
““Qəbrin üstündə də heç xonca olar, çanta ilə?” Bu sözü uşaq vaxtı eşidəndə az qala dəli olmuşdum. Bu gün vağzalı sədaları altında “xonçalı” Pərişimizi (Pərvanə Məmmədova-red) son evinə yola salanda bu kəlmələrin mənasını başa düşdüm”.
AzVision.az-ın məlumatına görə, bu fikirləri Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova dəhşətli qəza nəticəsinə dünyasını dəyişən iş yoldaşı, jurnalist Pərvanə Məmmədova ilə bağlı təəssüratlarını bölüşərkən bildirib.

P.Məmmədova ilə 5 il bir otaqda çalışdıqlarını deyən S.Əhmədova onun yoxluğu ilə barışa bilmədiyini qeyd edib:

“Hər kəs məndən nə yazacağımı, hansı xatirələrimi bölüşəcəyimi gözləyir. Dostlar: beş il bir otaqda oturduq, bərabər yedik, bərabər gəzdik, evə bərabər getdik, səhər ilk olaraq bir-birimizlə zəngləşdik, umu-küsü etdik, qeybətləşdik, dərdləşdik, nakam arzularından danışdı, ailələrimizi tanıdıq, bir-birimizə qulluq elədik, hər gün bir-birimizin şəklini cəkdik, dost olduq, sirdaş olduq...

İlk tanışlığımızdan təxminən iki-üç gün keçmişdi, məndən soruşdu ki, Səfayə necə düşünürsən mən burda işləyə biləcəm?- dedim sən mənə mənim özümü xatırladırsan, bildim -bilmədim hər işə girişirdim, öyrənirdim, sən də bacarasan. Çox qəribədi ki, onunla sağollaşıb son dəfə ayrılanda eyni sualı artıq başqa mənada vermişdi mənə. İnanın Allaha, olduğu kimi deyirəm: dedim ki, Pəriş sən məndən də ağıllısan, sən nəyi necə eləmək lazımdırsa məndən də yaxşı bilirsən.... Bir qəşəng, kişmişi gülüşü ilə urəkdən güldü bu sözümə... Dedi bəs qabaq deyirdin sənin kimiyəm.. Gülüşdük.

Əziz dostum, gözəl, mehriban, həyat eşqiynən dolu olan, arzularına doğru addımlayan Pəriş, bu gün anana söz verdim, hec verməsəmdə bunu dəqiq bilirəm ki, səni ömrüm boyu unutmaram.
Məndən aldığın o söz ki, vardı: “Səfayə bu donu mənim toyuma geyinərsən”- sözünü yerinə yetirə bilmədiyim üçün birdə əynimə geyinməyəcəyimi özümə söz verdim. Allah o dünyanı versin. Allah Rəhm etsin!”.

AzVision.az


Teqlər:  





Xəbər lenti