Əməl edilməsi vacib olan qaydalar - FOTOLAR

Əməl edilməsi vacib olan qaydalar -    FOTOLAR
  29 May 2020    Oxunub:3508
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) karantin rejimindən mərhələli çıxış zamanı ictimai iaşə və ərzaq satışı müəssisələrində əməl edilməsi vacib olan qaydalar barədə maarifləndirici materiallar hazırlayıb.
Azvision.az AQTA-ya istinadən xəbər verir ki, materiallarda ictimai iaşə müəssisələrində müştəri ilə təmasın minimuma endirilməsi məqsədilə yemək sifarişləri və ofisiantların çağırılması üçün onlayn idarəetmə sisteminin yaradılması, nağdsız ödənişlərə üstünlük verilməsi, həmin müəssisələrin girişində dezinfeksiya baryerlərinin qurulmasının vacibliyi qeyd olunub.

Həmçinin bildirilib ki, ictimai iaşə və ərzaq satışı müəssisələrində dövri olaraq ayda 1 dəfə peşəkar dezinfeksiya xidmətlərindən istifadə edilməlidir.

Ərzaq satışı müəssisələrində tullantılar vaxtında kənarlaşdırılmalı, tullantı qabları təmiz saxlanılmalıdır.







Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti