Mustafa Şəntop azərbaycanlı həmkarına zəng etdi

Mustafa Şəntop azərbaycanlı həmkarına zəng etdi
  29 May 2020    Oxunub:2651
Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovaya telefonla zəng edib.
Azvision.az xəbər verir ki, Mustafa Şəntop həm öz adınan, həm də Türkiyə Böyük Millət Məclisinin üzvləri adınan Milli Məclisin Sədri Sahibə Qafarovanı, onun simasında millət vəkillərini və bütün Azərbaycan xalqını 28 May - Respublika günü münasibəti ilə təbrik edib.

Azərbaycan Parlamentinin Spikeri Sahibə Qafarova "Twitter" səhfəsində bu barədə məlumat paylaşıb. Milli Məclisin Sədri təbrikə görə minnətdarlığını bildirib və bu bayramın bir millət iki dövlət olan Azərbaycan və Türkiyənin ortaq bayramı olduğunu qeyd edərək türkiyəli həmkarına da öz təbriklərini çatdırıb.

Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti