“Yura” ləqəbli narkotacir saxlanıldı
Keçirilmiş əməliyyat istintaq hərəkətləri zamanı məlum olub ki, Ş.Şiraliyev narkotik vasitəni verdiyi pul müqabilində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan, kriminal aləmdə “Yura” ləqəbi ilə tanınan Hacıqabul şəhər sakini, 1977-ci il təvəllüdlü Əkbərov Yusif Həsən oğlundan alıb.
Y.Əkbərov saxlanılarkən üzərinə baxış zamanı ondan 2 bükümdə satış üçün qablaşdırılmış narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırma aparılır.
Azvision.az
Teqlər: Hacıqabul Narkotacir