Braziliya Prezidenti İlham Əliyevə məktub göndərib

Braziliya Prezidenti İlham Əliyevə məktub göndərib
  29 May 2020    Oxunub:2618
Braziliya Federativ Respublikasının Prezidenti Jair Bolsonaru Azərbaycan Prezidenti İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib.
Azvision.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Cənab Prezident.

Braziliya Hökuməti və xalqı adından və şəxsən öz adımdan Zati-alinizi Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təbrik edirəm.

Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzulayaraq, xalqlarımızın qarşılıqlı mənafeyi naminə ölkələrimizi birləşdirən dostluq əlaqələrini möhkəmləndirmək üçün Braziliyanın Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazır olduğunu bir daha vurğulayıram.

Möhtərəm Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi rica edirəm".

Azvision.az


Teqlər: Braziliya   Prezident   Təbrik  





Xəbər lenti