Dövlət sərhədinin bağlanması müddəti uzadılır - RƏSMİ

 Dövlət sərhədinin bağlanması müddəti uzadılır -  RƏSMİ
  29 May 2020    Oxunub:12463
Azərbaycan Respublikasının dövlət sərhədinin bağlanması 15 iyun 2020-ci il tarixinədək uzadılır.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a bildirilib ki, yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərinin müvəqqəti olaraq bağlanması və beynəlxalq uçuşların təxirə salınması müddətini artırıb.

COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilərək yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 15 iyun 2020-ci il tarixədək uzadılıb.

Azvision.az



Teqlər: Nazirlər   Kabinet  





Xəbər lenti