Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxdu, 2 nəfər vəfat etdi

Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxdu, 2 nəfər vəfat etdi
  29 May 2020    Oxunub:15498
Azərbaycan Respublikasında 230 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 103 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1948 və 1950-ci il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 4989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3125 nəfər müalicə olunaraq sağalıb, 58 nəfər vəfat edib, 1806 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 50 nəfərin vəziyyəti ağır, 67 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 289.603 test aparılıb.

Azvision.az


Teqlər: Koronavirus   COVID-19  





Xəbər lenti