Taksidə maskasız oturmaq qadağan edildi

  29 May 2020    Oxunub : 2356
   Taksidə maskasız oturmaq qadağan edildi
Azərbaycanda ictimai nəqliyyatda tibbi maskadan istifadə məcburidir.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” qərarında bildirilib.

Qeyd olunub ki, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan, yəni avtobus, taksi, metro, dəmiryolu və s. nəqliyyat vasitələrində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilməlidir.

Azvision.az

Teqlər: Maska   Taksi