“Karantinin tələblərinə ciddi nəzarət ediləcək” - İbrahim Məmmədov

 “Karantinin tələblərinə ciddi nəzarət ediləcək” -    İbrahim Məmmədov
  29 May 2020    Oxunub:4501
Karantin rejiminin növbəti dəfə yumşaldılması mühüm əhəmiyyət kəsb edir. Məqsəd odur ki, əmək fəaliyyəti mümkün qədər bərpa olunsun. Digər tərəfdən insanların qapalı yerlərdə qalması minimuma endirilir.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

"Bununla iqtisadi aktivliyi artırmalıyıq, həm də özümüzü qorumalıyıq. Bu ikisini tətbiq etdikdə həm özümüzü qoruyacağıq, həm də karantin rejimi iqtisadi böhran vəziyyətinə səbəb olmamalıdır".

İ.Məmmədov bildirib ki, karantin rejiminin tələblərinə ciddi nəzarət ediləcək.

Aytən Zəhra
Azvision.az



Teqlər: Koronavirus   COVID-19   Qərargah  





Xəbər lenti