“Cərimələrdən qaçmaq mümkün olmayacaq” - Hökumət sözçüsü

  “Cərimələrdən qaçmaq mümkün olmayacaq” -    Hökumət sözçüsü
  29 May 2020    Oxunub:4055
Koronavirusa yoluxma göstəricisi ilə bağlı selektiv yanaşma tətbiq oluna bilər.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hansı rayonda yoluxma artarsa, həmin rayon qapadıla bilər.

"Karantin rejiminin tələblərinə əməl etməyənlər cərimələnəcək. Buna aidiyyatı qurumlar nəzarət edəcək. Cərimələrdən qaçmaq mümkün olmayacaq. Cərimələrin sayı çoxalacaq. Məsuliyyətli yanaşma lazımdır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   COVID-19   Cərimə   Qərargah  





Xəbər lenti