Əhaliyə xəbərdarlıq: Cəzalar sərtləşdirilir

  Əhaliyə xəbərdarlıq:    Cəzalar sərtləşdirilir
  29 May 2020    Oxunub:4480
"Karantin rejiminin tələblərinə nəzarət ciddi olacaq. Belə ki, qoruyucu tibbi maskaların istifadəsi məcburi və mütləqdir".

Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bununla bağlı müvafiq qərar imzalanıb: "Qaydalara əməl etməyənlər cərimələnəcək. Sərbəstlik artdıqca, məsuliyyət də artacaq. Cəzalar artacaq və sərtləşəcək. Cəzanın miqdarı hələ dəqiqləşməyib. Məsələ ilə bağlı sənəd parlamentə təqdim olunacaq".

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   COVID-19   Cərimə  





Xəbər lenti