TƏBİB sədri sahibkarlara xəbərdarlıq etdi

   TƏBİB sədri sahibkarlara xəbərdarlıq etdi
  29 May 2020    Oxunub:3262
Qaydaları pozan müəssisələrin hüquqi şəxsləri barədə müvafiq inzibati tədbirlərin görülməsi müzakirə edilir, qərar yaxın günlərdə açıqlanacaq.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, iri ticarət mərkəzlərində fərdi mağaza sahibləri, fərdi sahibkarlıq subyektləri sosial məsafəyə və maskalardan istifadə edilməsinə ciddi diqqət etməlidir.

"Əks təqdirdə onları da inzibati məsuliyyət gözləyir. "Sədərək" ticarət mərkəzində fəaliyyətin bərpası bizi narahat edir. Orada çalışanlar, vətəndaşlar qaydalar çərçivəsində hərəkət etməlidir".

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   COVID-19   Sədərək  





Xəbər lenti