Təyyarələrdə sərnişinlərin sayı məhdudlaşdırılacaq

   Təyyarələrdə sərnişinlərin sayı məhdudlaşdırılacaq
  29 May 2020    Oxunub:3463
Gəncə və Naxçıvan şəhərlərinə daxili uçuşların həyata keçirilməsi iyunun 8-dən sonraya planlaşdırılır.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, istər daxili, istərsə də beynəlxalq uçuşlarda ÜST-ün və Beynəlxalq Hava Nəqliyyatı Asosiasiyasının, Beynəlxalq Mülki Aviasiya Təşkilatının qaydaları əsas götürüləcək.

"Bütün uçuşlar müəyyən edilən xüsusi qaydalar tətbiq edilməklə həyata keçiriləcək. İstər daxili, istərsə də beynəlxalq uçuşlarda reyslərin sayı azala bilər. Təyyarələrdə sərnişinlərin sayı da məhdudlaşdırılacaq. Təyyarə daxilində məsafənin qorunması ekipajın təhlükəsizliyi baxımından tətbiq olunan beynəlxalq qaydadır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   COVID-19  





Xəbər lenti