Koronavirus xəstələri evdə müalicə olunacaqlar

Koronavirus xəstələri evdə müalicə olunacaqlar
  29 May 2020    Oxunub:4771
Asimptomatik xəstələrin evdə müalicəsi ilə bağlı protokollar hazırlanır.

Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında deyib.
Onun sözlərinə görə, asimptomatik halların artması, eləcə də xəstəxanalarda yerlərin məhdud olması bunu məcbur edir.

"Analiz nəticələri pozitiv olan şəxslərin evdən çıxmamaları ilə bağlı qaydalar hazırlanlır. Buna əməl edilmədikdə, onların inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi qanunvericiliyə təklif edilib".

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti