Həftəsonları məhdudiyyətlər tətbiq oluna bilər

   Həftəsonları məhdudiyyətlər tətbiq oluna bilər
  29 May 2020    Oxunub:3136
"Şənbə və bazar günlərində məhdudiyyətlərin tətbiqi gündəmdədir".
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, bayram günlərində məhdudiyyətlər tətbiq etməyə ehtiyac görülməyib:

"Artıq bunun üçün xüsusi alqoritm hazırlanıb. Buna uyğun olaraq, irəlidəki günlərdə artım olarsa, həftə sonlarında və iyun ayında bizi gözləyən qısa müddətli qapanışlara gedə bilərik".

TƏBİB sədri bildirib ki, karantin rejimin sərtləşdirilməsi ilə bağlı respublikanın ərazisində lokal epidemik göstəricilərdən asılı olaraq addımlar atıla bilər.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   COVID-19  





Xəbər lenti