Bağçalar hələ bir müddət bağlı qalacaq

 Bağçalar hələ bir müddət bağlı qalacaq
  29 May 2020    Oxunub:3884
Uşaq bağçalarının açılması gözlənilmir.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bağçaya gedərkən uşaqlar risk altında qalır və daşıyıcı ola bilər.

"Uşaqlar xəstəliyi asimptomatik keçirə bilər. Uşaqları bağçalara aparıb-gətirən yaşlı şəxslər risk altında qala bilər. Bağçaların açılması ilə bağlı metodiki göstərişlər hazırlanır, müzakirə olunur".

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   COVID-19   Bağça  





Xəbər lenti