Koronavirus xəstələri üçün 7 min çarpayı ayrılıb

   Koronavirus xəstələri üçün 7 min çarpayı ayrılıb
  29 May 2020    Oxunub:3795
"Ölkədə koronavirus xəstələrin müalicəsi üçün 5000-dən çox çarpayı ayrılıb. 2000 çarpayı isə modul tipli xəstəxanada olacaq".
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, gələn həftədən modul tipli xəstəxanaya xəstə yerləşdirilməsinə başlanılacaq:

"Sumqayıt, Bakı, Gəncə şəhərlərində və Saray qəsəbələrində modul tipli xəstəxanaların açılışı olacaq".

TƏBİB sədri əlavə edib ki, ümumilikdə çarpayı sayı 7000 mindən artıq olacaq: "Bugünkü xəstə sayına baxdıqda, xəstəxanalarda doluluq faizi yetərlidir".

Aytən Zəhra
Azvision.az



Teqlər: Koronavirus   COVID-19   Xəstəxana  





Xəbər lenti