Pakistan Prezidenti İlham Əliyevi təbrik edib

 Pakistan Prezidenti İlham Əliyevi təbrik edib
  29 May 2020    Oxunub:3993
Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Azvision.az -ın məlumatına görə, məktubda deyilir:

“Zati-aliləri,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Pakistan və Azərbaycan arasında ortaq inanc, irs və mədəni yaxınlıq kimi möhkəm təməllərə əsaslanan səmimi dostluq münasibətləri mövcuddur. Cəmmu və Kəşmir, həmçinin Dağlıq Qarabağ məsələlərində ölkələrimizin bir-birinə göstərdiyi qarşılıqlı dəstək yaxın strateji tərəfdaşlığımızın təzahürüdür. Mövcud mükəmməl qardaşlıq əlaqələrini daha da dərinləşdirmək və gücləndirmək üçün gələcək illərdə də Zati-alinizlə əməkdaşlığı davam etdirməyi arzulayıram.

Yaranmış fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı sülh, inkişaf və tərəqqi diləyirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Azvision.az


Teqlər: Pakistan   Prezident  





Xəbər lenti