Bu küçədə hərəkət məhdudlaşdırılacaq

Bu küçədə hərəkət məhdudlaşdırılacaq
  30 May 2020    Oxunub:2449
Aparılan təmir işləri ilə əlaqədar İstiqlaliyyət küçəsi ilə BMT-nin 50 illiyi küçəsinin kəsişməsində bu gün avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a bildirilib ki, buna görə də, sürücülərdən alternativ olaraq Lermontov və Bünyad Sərdarov küçələrindən istifadə etmələri xahiş olunur.

Azvision.az



Teqlər: AAYDA  





Xəbər lenti