TƏBİB: 82 koronavirus xəstəsi reanimasiyadadır

    TƏBİB:   82 koronavirus xəstəsi reanimasiyadadır
  31 May 2020    Oxunub:4002
Azərbaycanda koronavirusla bağlı 30 may 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusa görə 4661 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 294 min 264-ə çatıb.

Hazırda reanimasiyada olan xəstə sayı 82, süni tənəffüs cihazında olan xəstə sayı 15-dir.



Azərbaycanda hazırkı dövrədək 5246 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3327 nəfər müalicə olunaraq sağalıb, 61 nəfər vəfat edib, 1858 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 58 nəfərin vəziyyəti ağır, 68 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azvision.az



Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti