Nyu-Yorkda qarşıdurma: 200-dən çox etirazçı saxlanıldı

    Nyu-Yorkda qarşıdurma:    200-dən çox etirazçı saxlanıldı
  31 May 2020    Oxunub:4085
ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində Corc Floyd adlı qaradərili vətəndaşın polis tərəfindən boğularaq öldürülməsi ilə başlayan etirazlar davam edir.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, növbəti etiraz aksiyas Nyu-York şəhərində keçirilib.

Aksiyada 3 mindən artıq sakin iştirak edib. Etirazların qarşısını almaq istəyən polis əməkdaşları ilə nümayişçilər arasında qarşıdurma yaranıb. Nəticədə 10-dan çox polis xəsarət alıb, 40 polis maşınına ziyan dəyib.

Nyu-Yorkdakı aksiya ilə əlaqədar 200-dən artıq etirazçı saxlanılıb.

Azvision.az



Teqlər: ABŞ   Etiraz  





Xəbər lenti