İndianapolisdə etirazlar: Ölən və yaralılar var

İndianapolisdə etirazlar:  Ölən və yaralılar var
  31 May 2020    Oxunub:3346
ABŞ-ın İndianapolis şəhərində (İndiana ştatı) afroamerikalı Corc Floydun polis tərəfindən boğularaq öldürülməsi ilə əlaqədar keçirilən etirazlar zamanı azı bir nəfər həlak olub, üç nəfər güllə yarası alıb.
Azvision.az CNN-ə istinadən xəbər verir ki, bu barədə şəhərin polis rəisi Randal Taylor bildirib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının bir əməkdaşı yüngül xəsarət alıb. Polis baş verənlərlə əlaqədar istintaq aparır.

Minnesota və digər ştatlarda mayın 25-dən etibarən Corc Floydun öldürülməsi ilə bağlı kütləvi etirazlar və iğtişaşlar davam edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Etiraz  





Xəbər lenti