Beyləqanda cinayət: Keçmiş arvadını öldürmək istədi

  31 May 2020    Oxunub : 2565
 Beyləqanda cinayət:  Keçmiş arvadını öldürmək istədi
Beyləqanda kişi keçmiş həyat yoldaşını öldürməyə cəhd edib.
Azvision.az xəbər verir ki, hadisə rayonun Mil qəsəbəsində baş verib.

Belə ki, qəsəbə sakini, 1971-ci il təvəllüdlü Tahir Muradxanov keçmiş həyat yoldaşı, 1970-ci il təvəllüdlü Dilruba Cəfərova ilə mübahisə edib. Mübahisə zamanı T.Muradxanov ət doğramaq üçün nəzərdə tutulan kəsici alət olan çapacaqla D.Cəfərovanın baş və bədən nayihələrinə çoxsaylı zərbələr vurub.

Qadın ağır xəsarətlərlə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.

Azvision.az

Teqlər: Beyləqan