Əli Hüseynli: “Ölkə başçısı tarixçilərə dərs keçdi”

     Əli Hüseynli:  “Ölkə başçısı tarixçilərə dərs keçdi”
  31 May 2020    Oxunub:4677
“Prezident İlham Əliyev AXC-nin gördüyü işləri xatırlamaqla yanaşı, həm də buraxılmış səhvləri, İrəvanın Ermənistana verilməsi və digər tarixi məsələlərlə bağlı problemləri yada saldı”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O bildirib ki, ölkə başçısı müasir Azərbaycan tarixi ilə bağlı vacib məsələləri açıqlamaqla tarixçilərə dərs keçdi:

“Ölkə başçısının fikirləri həm tövsiyə, həm də yanlışlıqlardan nəticə çıxararaq bir də belə səhvlərə yol verməmək xarakteri daşıyırdı. Heydər Əliyev hələ 80-ci illərin sonunda sovetlərin güclü dövründə AXC-nin üçrəngli bayrağını Naxçıvanda dalğalandırdı. Bu cür tarixi analiz nəticəsində Azərbaycan heç olmadığı qədər güclüdür. Real müstəqil dövlətin güclü siyasi liderinin qəbul etdiyi qərarlar nəticəsində Ramil Səfərov bu gün azadlıqdadır. Hətta ölkə başçısı Ramil Səfərovla bağlı təzyiqlərə məruz qaldı. Son dövrlər ölkə başçısının çıxışını bir sıra mətbuat nümayəndələri də düzgün şərh etmədilər. Milli Şura üzvləri ilə yanaşı, heç tarixçilər də bu məsələyə düzgün qiymət vermədilər. Dövlət başçısının verdiyi izahların təhrif edilməsinə heç bir ehtiyac yoxdur”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis   Əli-Hüseynli  





Xəbər lenti