190 manatın iyunda da verilməsi təklif olundu

190 manatın iyunda da verilməsi təklif olundu
  31 May 2020    Oxunub:3411
“İşsizlərin rəsmi statistikasının hazırlanmasına ehtiyac var”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Deputat bildirib ki, aidiyyatı orqanlar 190 manatın iyun ayında da insanlara verilməsi məsələsini nəzərə alsın: “Bu məsələnin həllini tapması vacibdir. 190 manatlıq birdəfəlik ödəmə əvvəl 200 min adama, sonra 600 min nəfərə şamil edildi. Amma bu da son rəqəm deyil. Ona görə təklif edirəm ki, statistika yenidən işlənib hazırlansın”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti