Balakən və Zaqatalada narkotik əməliyyatı

Balakən və Zaqatalada narkotik əməliyyatı
  31 May 2020    Oxunub:2900
Balakən və Zaqatala Rayon Polis şöbələrinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat–axtarış tədbirləri nəticəsində rayon sakini 28 yaşlı Röyal Yetərov saxlanılıb. Onun Mahamalar kəndində kirayədə yaşadığı evə baxış keçirilən zaman su hovuzunun içərisində xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi 33 çətənə bitkisi aşkar edilərək maddi sübut kimi götürülüb.

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayonun Muxax kənd sakini Rafael Laçınovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən 9 ədəd çətənə kolu aşkar edilib. R.Laçınov şübhəli şəxs qismində saxlanılıb.

Faktlarla bağlı Rayon Polis Şöbələrində araşdırmalar aparılır.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti