“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edildi

“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edildi
  31 May 2020    Oxunub:2637
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilib.
Azvision.az xəbər verir ki, dəyişikliyə əsasən, qanunun 18.62-ci maddəsinin (Adlar verilən şərabçılıq məhsullarına görə) 18.62.2 və 18.62.3-cü bəndləri ləğv edilib.

Belə ki, adlar verilən şərabçılıq məhsullarının dövlət reysterində qeydiyyata alınması və attestasiyası üçün 10 manat dövlət rüsumu ləğv olunub.

Dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti